Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Günnüt əməliyyatının igid əsgəri, Vətən Müharibəsinin şəhid kəşfiyyatçısı

0

  •         Əsrlər keçəcək, amma Rəşadətli Ordumuzun hünəri, qəhrəman
    hərbçilərimizin şərəfli döyüş yolu haqqında dastanlar, hekayələr bitməyəcəkdir.
    Yenilməz Azərbaycan əsgəri xalqımızın milli ruhunu canlandırıb, həmrəyliyimizi
    daha da artırıb. Əyilməz iradəmiz, döyüşkən ruhumuz və həmrəyliyimiz qarşısında
    heç bir qüvvə tab gətirə bilməz. Böyük Zəfəri xalqımıza bəxş edən, bizə sonsuz
    qürur və fəxr hissi yaşadan igid hərbçilərimizdir. Vətən Müharibəsinin cəsur kəşfiyyatçılarından
    biri də şəhid Ceyhun Mustafazadədir. Mustafazadə Ceyhun Şükür oğlu 1997-ci il yanvar
    ayının 27-də Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. 2003-cü ildə
    Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbində orta təhsil almağa
    başlayıb. Hələ orta məktəbdə olarkən vətənpərvərliyi ilə seçilib. Onun dəftərlərinin
    arasından əsgər həyatı haqqında yazdığı şeirlər çıxır. 2013-cü ildə Ağcabədi Pedaqoji
    Kollecinin Texnologiya Müəllimliyi fakültəsinə qəbul olub. Kolleci bitirdikdən
    sonra 2017-ci il iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi
    hissədə kəşfiyyatçı kimi xidmət edib. Naxçıvanda Günnüt kəndinin alınmasında cəsur
    döyüşçü kimi vuruşub. Bu döyüşlərdə göstərdiyi şücaətə görə Fəxri Fərman və
    saatla təltif edilib. Vətənin etibarlı müdafiəçisi Ceyhunun göstərdiyi şücaətlərə
    görə Mustafayevlər ailəsinə hərbi hissə rəhbərliyindən təşəkkür məktubu göndərilib.
    Təşəkkür məktubunda qeyd olunub ki, Ceyhun hərbi xidmətdə olduğu müddətdə özünü
    nizam - intizamlı, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizədə
    qorxmaz, igid və cəsur bir Azərbaycan əsgəri kimi göstərib. O, hərbi xidmətdə
    çalışqanlığı və qayğıkeşliyi ilə əsgər yoldaşlarının və hissə komandanlığının dərin
    hörmətini qazanıb. Məktubda həmçinin oğlunuz Ceyhun suveren, müstəqil Azərbaycan
    Dövlətinin mənafeyini yüksək tutaraq, müqəddəs torpaqlarımızın toxunulmazlığı
    uğrunda öz əsgər borcunu layiqincə yerinə yetirir sözləri yazılıb. Ceyhun
    2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında
    müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini Kəşfiyatçı kimi davam
    etdirib.Ceyhun Mustafazadənin atası Şükür kişi də dövlətinə,
    millətinə layiqincə xidmət göstərib. Şükür kişi 1993-ci ildən 2004-cü ilə qədər
    Xocalı Rayon Poliş Şöbəsində post patrul xidməti vəzifəsində çalışıb. Polis
    orqanlarında çalışdığı ilk vaxtlardan Mustafayevlər ailəsi Xocalı qeydiyyatına
    düşüb.

    Vətən Müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı
    döyüş əməliyyatlarına qatılıb. O, sonuncu dəfə atası ilə danışanda düşmənin
    dizini yerə qoymuşuq, çox keçməz ki, ağ bayraq qaldıracaqlar deyib. Yüksək əhval-ruhiyyə
    içində danışan Ceyhun evdəkilərə narahat olmamalarını tapşırıb.

    Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə
    istiqamətində, Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və
    başqa yüksəkliklərin alınmasında şücaətlə iştirak edib. Oktyabrın 10-da Ağdərə
    istiqamətidə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Ceyhun Vətənə olan borcunu layiqincə yerinə
    yetirdi. Döyüş yoldaşları daha qəzəblə, qisas hissi ilə döyüşərək Ceyhunun
    qisasını artıqlaması ilə aldılar.

    Subay  idi.

    Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn
    edilib.

                     Azərbaycan
    Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər
    Mustafazadə Ceyhun Şükür oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin
    edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə
    qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə
    yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı və Cənab
    Prezidentin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin
    işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək
    igidlik və mərdlik nümunəsi göstərdiyi üçün ölümündən sonra “Suqovuşanın azad
    olunmasına görə” medalı ilə təltif 
    edilmişdir.

    Ruhu şad olsun!Qalib BƏYMƏMMƏDOĞLU,Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib64 dəfə
    Günnüt əməliyyatının igid əsgəri Vətən Müharibəsinin şəhid kəşfiyyatçısı

    Maraqlı gələ bilər
    34
    0
    52
    52
    40
    47
    57
    57